Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat partiyası parlament seçkilərindən sonra məhkəmə qarşısına çıxarılacaq.

Tezadlar.az “Sputnik Gürcüstan”-na istinadən xəbər verir ki, bunu baş nazir İrakli Kobaxidze deyib.

“İndi biz siyasi qüvvənin mühakimə olunmasından, yəni bu agentlərin mühakimə olunmasından danışırıq ki, bunun ardınca sərbəst şəkildə fərdi səviyyədə hökmlər çıxarıla bilər”, - deyə siyasətçi bildirib.

Kobaxidze partiyaya veriləcək cəza formaları barədə daha sonra danışacağına söz verib. O qeyd edib ki, müxalifəti cinayətkar adlandıranda ölkədə demokratiya bərqərar ola bilməz. Baş nazirin vurğuladığı kimi, əhali Gürcüstanın əvvəlki hakimiyyət orqanlarının törətdiyi cinayətlərdən xəbərdardır. Siyasətçi xatırladıb ki, UNM-in bir çox nümayəndəsi, o cümlədən Saakaşvili məhkum edilib.

Bundan əvvəl Gürcüstanın baş naziri ölkənin ukraynalaşdırılmasından çəkinəcəyinə söz vermişdi. Onun sözlərinə görə, Saakaşvilinin partiyasının üzvləri dövlətin Ukrayna ssenarisini təkrarlamasını istəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN