Yanvar-iyul ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib, onlardan 1 nəfəri 16-18 yaşadək, 332 nəfəri 18-25 yaşadək, 707 nəfəri 26-29 yaşadək, 3360 nəfəri isə 30 yaş və ondan yuxarıdır. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Tezadlar.az-a verilən məlumata görə, məsuliyyətə cəlb edilmiş 43 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 110 kiloqram 15 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə dair 157 fakt aşkar edib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 524 kiloqram 132,349 qram narkotik vasitə və psixotrop maddə, 13 min 568 ədəd metadon həbi, 1470 ədəd güclü təsir edən maddə çıxarıblar.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 199-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 303 kiloqram 877,511 qram narkotik vasitə, psixotrop maddə və 85 qram güclü təsir edən maddə müsadirə edilib. 1780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 344 kiloqram 818,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 238, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 361, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 51, digər növ cinayət faktlarının sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 842 kiloqram 086,85 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 595 nəfər azalıb.

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 201 fakt, qrup halında olan cinayətlərin sayı isə 31 fakt artıb.

2023-cü ilin 7 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 154 kiloqram 736,72 qram (72,2 faiz), tiryəkin çəkisi 118 kiloqram 590,92 qram (53,4 faiz), həşişin çəkisi 21 kiloqram 585,601 qram (42,3 faiz), psixotrop maddələrin çəkisi 166 kiloqram 922,111 qram (60,8 faiz) azalıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN