Moldovanın hazırkı prezidenti Maia Sandu hakimiyyətdə qalsa, ölkə Rusiya ilə NATO arasında müharibəyə cəlb oluna bilər.

Tezadlar.az-ın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bunu müxalifətdən prezidentliyə namizəd Vasili Bolya jurnalistlərlə söhbəti zamanı deyib.

Qeyd edək ki, Moldovada növbəti prezident seçkiləri 2024-cü il oktyabrın 20-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumla eyni vaxtda keçiriləcək. Hazırkı lider Sandu müstəqil namizəd kimi iştirakını artıq elan edib.

“Qorxuram ki, Maia Sandu hakimiyyətdə qalsa, bu baş verə bilər. Amma bu, artıq Moldovanın Rusiyaya qarşı müharibəsi olmayacaq, NATO-nun Rusiyaya qarşı müharibəsi olacaq”, - deyə Bolya bildirib.

O, əmindir ki, bu, nə dövlətə, nə də Moldova vətəndaşlarına lazım deyil. Eyni zamanda, siyasətçi qeyd edib ki, NATO qoşunlarının Rumıniyaya köçürülməsi elə də baş vermir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN