Rusiya Fövqəladə Hallar Nazirliyinin partlayıcı mütəxəssisləri Kursk vilayətinin yaşayış məntəqələrindən birində Amerikanın HIMARS raketinin kasetlərini aşkar edərək zərərsizləşdiriblər.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.

“Bələdiyyə rəhbərliyinin tələbi ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri sərhədyanı ərazilərdən birində yaşayış məntəqəsinə baxış keçiriblər”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumilikdə, nazirliyin partlayıcı texnikası Kursk vilayətində apardıqları işlər zamanı 156 təhlükəli obyekti zərərsizləşdirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN