Moskvanın Lefortovo Məhkəməsi Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın bloqqerlər Yuri Dudu (Rusiya Federasiyasında xarici agent kimi tanınan) və Artemi Lebedevə qarşı şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı iddiasını qəbul edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Moskvanın Lefortovo Məhkəməsi İnternet Sənayesi Bazarının İştirakçıları Assosiasiyasının "Təhlükəsiz İnternet Liqası" Yekaterina Mixaylovna Mizulinanın Yuri Aleksandroviç Dudu, Artemy Andreeviç Lebedevə qarşı iddiasını icraata qəbul etdi", - mətbuat xidməti bildirib.

İddia iddiaçının hüquqlarının pozulması, habelə Yekaterina Mizulinanın şərəf, ləyaqət və işgüzar nüfuzunu və Assosiasiyanın işgüzar nüfuzunu ləkələyən yalan məlumatların yayılması ilə əlaqədar qaldırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN