Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Tezadlar.az-a verilən məlumata görə, komitə sədri görüşdə Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, tolerantlıq mühitinin  qorunmasına həssaslıqla yanaşırlar.

Ramin Məmmədov dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Dini maarifləndirmənin və dini təhsilin inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Din xadimləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Azərbaycanda mövcud olan dini və mədəni müxtəlifliyin qorunmasının mühüm əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Görüşdə dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN