Sentyabrın 4-də saat 23:00 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI