Sentyabrın 5-də Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
R.XUDATQIZI