Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə ABŞ-nin Briqam Yanq Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qurumdan Tezadlar.az-a verilən məlumata görə, sənədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Briqam Yanq Universitetinin dekanı Skott Miller imzalayıblar.

Memorandumun bəndlərində hər iki ali təhsil müəssisəsinin fakültə, kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, multikulturalizmi təşviq edən birgə layihələrin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda professor-müəllim heyəti və tələbələrin hər iki ölkənin tarixi, mədəniyyəti ilə bağlı məlumatlandırılması məqsədilə tədbirlərin təşkili, qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi, dinlər və xarici dillərin öyrənilməsi sahəsində təcrübə mübadiləsi və  digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən təsis edilən Azərbaycan İlahiyyat İnstitutu hal-hazırda İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə ölkədə tələbə qəbulu həyata keçirən yeganə ali dini təhsil müəssisəsidir. Aİİ-də, həmçinin magistratura və doktorantura səviyyəsində təhsil verilir.  İnstitutda təhsil dövlət hesabına həyata keçirilir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, o cümlədən ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN