İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Babək Əzizovun idarə etdiyi “Vaz-2106” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün sürücüyə “saxla” işarəsi verilib.

Tezadlar.az xəbər verir ki, sənədləri yoxlanılarkən B.Əzizovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib.

Müayinə nəticəsində həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. Məhkəmənin qərarı ilə B.Əzizovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN