NATO Ukrayna, İsveç və Finlandiyanın alyansa qoşulmaq istəyindən imtina edə bilməzdi.

Tezadlar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Politico”ya müsahibəsində deyib.

“Əlbəttə, NATO deyə bilməz ki, biz ittifaqa gedən yolu təkcə Ukrayna üçün deyil, Finlandiya və İsveç üçün də bağlamışıq. Onlar (Rusiya – RED,) istəyirlər ki, bizdən istənilən genişlənməni dayandıraq”, - keçmiş baş katib Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildən NATO-nu şərqə doğru genişləndirməməyi tələb edən məktubunu şərh edərkən bildirib.

Stoltenberq qeyd edib ki, məktubda ifadə olunan tələblər onun üçün sürpriz deyil, çünki Rusiya onları Putinin mesajından əvvəl irəli sürüb.

Keçmiş baş katib bildirib ki, o, həmçinin blokun şərq hissəsində qoşunların mövcudluğundan imtinaya zəmanət verə bilməz, çünki bu, “birinci və ikinci dərəcəli NATO üzvlüyü kimi bir şeyin tətbiqi” demək olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN