Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk və Rostov vilayətləri üzərində Ukraynaya məxsus 16 PUA-nı məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 19-da Moskva vaxtı ilə saat 00:00-dan 06:00-a qədər Kiyev rejimi tərəfindən Rusiya Federasiyası ərazisində hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 16 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib. 13 PUA Bryansk vilayəti, 2-si Rostov vilayəti və 1-i Belqorod vilayəti üzərində vurulub”, – məlumatda deyilir.

Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz qeyd edib ki, bölgədə itki yoxdur, operativ və fövqəladə xidmətlər işləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN