Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Oryol, Kursk və Bryansk vilayətləri üzərində Ukraynanın 13 pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 13 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: altı PUA Oryol vilayəti ərazisi, dördü Kursk vilayəti və üçü Bryansk vilayəti ərazisi üzərində”, - Rusiya Hərbi İdarəsi bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN