Ukraynada hesab edirlər ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, Kiyevə mütləq silah veriləcək. Eyni zamanda ukraynalılar Donald Trampı “Rusiya agenti” hesab edərək onun qələbəsindən qorxurlar.

Tezadlar.az xəbər verir ki, bu barədə UTX-nin (Ukrayna Təhlükəsizlik Xidməti) keçmiş polkovnik-leytenantı Vasili Prozorov bildirib.

“Ukraynada onlar həqiqətən ciddi şəkildə inanırlar ki, demokratlar qalib gəlsə, sehrli çubuq dalğası ilə minlərlə “Tomaqavk”, yüzlərlə F-16 və ya F-35 verəcəklər və NATO qoşunları gələcək”, - o vurğulayıb.

Prozorovun sözlərinə görə, bir sıra ukraynalılarda “nağıllara inanan uşaqlıq mərhələsi” var. SBU-nun keçmiş əməkdaşının özünün proqnozuna görə, ABŞ prezident seçkilərindən sonra kimin qalib gəlməsindən asılı olmayaraq vəziyyət az dəyişəcək.

Öz növbəsində Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlsə, Avropa İttifaqı Ukraynanı dəstəkləməyə davam edəcək, ancaq sözlə.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts bildirib ki, ABŞ kimin prezident olmasından asılı olmayaraq, Ukraynaya hərbi yardımı azaldacaq. O, aydınlaşdırıb ki, Konqres Kiyevə “silah satışı” və ölkənin “yenidən qurulmasına müəyyən dəstək” məsələlərində yardımı davam etdirəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN