2025-ci ilin yanvarında ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın administrasiyası Ukrayna münaqişəsi ilə bağlı danışıqların təşkili üzərində işə başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Vals “Fox News” telekanalında bildirib.

“Biz masada kimin oturacağını, hər iki tərəfi necə oturtmağı və razılaşmanın parametrlərinin nədən ibarət olduğunu müzakirə etməliyik”, - Vals bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri danışıqlar prosesinin “əsas hissəsinə” çevrilməlidir, çünki Kiyevin “yükünü” ABŞ-ın müttəfiqləri də öz üzərinə götürməlidir.

Bundan əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Kiyev və onun Qərb müttəfiqləri Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə dialoqa başlamalıdırlar. O, həmçinin hazırkı siyasətçilərə Trampla ünsiyyətdə ardıcıl və səmimi olmağı və onu dinləməyi tövsiyə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN