Çində ağır xəstəliklə xəstəxanaya yerləşdirilən həyat yoldaşından qaçan kişinin işinə məhkəmə baxıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Feng soyadlı kişi ilə Vanq soyadlı qadın 2022-ci ildə evlənib. Toylarından iki ay sonra Vanq-a xərçəng diaqnozu qoyulub. Xəstəlik inkişaf edərək müəyyən bir mərhələyə çatdığı üçün müalicə şansı yov imiş.
Əvvəlcə Feng xəstəxanada olan arvadının qayğısına qalıb. Bir neçə ay sonra kişi işinə görə başqa şəhərə getməli olduğunu bildirib. O, ayrıldıqdan sonra həyat yoldaşı və qohumları ilə əlaqəni tamamilə kəsib, zəng edəndə telefonu qaldırmayıb, internetdə onlara cavab verməyib.
Bahalı müalicəni ödəmək üçün Vanq borc pul götürməli olub. Vanqın qohumları Fengi ailəni tərk etməkdə günahlandırıb və məhkəməyə müraciət ediblər. Onlar qadının daha çox yaşaya biləcəyinə inanırlar və bunun baş verməməsi üçün Fengin yoxa çıxmasını günahlandırırlar.
Məhkəmə həmin şəxsi təqsirli bilib. O, bir il müddətinə şərti həbs cəzasına məhkum edilib.
E.ŞİRİNOV