Rusiya Silahlı Qüvvələrinin uğurları fonunda Ukrayna böhranı Vaşinqton üçün ağır yükə çevrildiyi üçün ABŞ bu məsələdə “geri addım ataraq” Ukrayna ilə bağlı strategiyasına yenidən baxacaq.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti”-yə açıqlamasında türkiyəli siyasətçi Doğu Perinçək deyib.

“Anlamaq lazımdır ki, Ağ Evin növbəti administrasiyası Ukrayna ilə bağlı mövqeyinə yenidən baxmalıdır”, –  o qeyd edib.

Siyasətçinin fikrincə, Ukrayna Silahlı Qüvvələri Donbassda böyük uğursuzluqlar yaşayır və buna görə də Ukrayna getdikcə ABŞ üçün ağır yükə çevrilir. Bu baxımdan, Perinçek vurğulayıb ki, ABŞ Ukrayna ilə bağlı siyasətində “geri addım” atmalıdır.

Noyabrın 24-də Rusiya Silahlı Qüvvələrinin qoşun qruplarının operativ-taktiki aviasiyası və artilleriyasının xüsusi əməliyyat zonasında hərbi aerodromların infrastrukturuna, istehsal sexlərinə və PUA-lar üçün anbar sahələrinə zərbələr vurduğu bildirilib.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələri KXDR-də Ukraynanın “Şkval” hücum batalyonunun mövqelərinə zərbələr endirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN