Novosibirskdə məhkəmə ötən ilin fevralında çoxmərtəbəli binada 15 nəfərin ölümünə səbəb olan partlayışa görə məsuliyyət daşıyan yalançı qaz işçilərinə hökm çıxarıb.

Tezadlar.az yerli mətbuata istinadən bildirir ki, bu barədə vilayət prokurorluğundan məlumat verilib.

Məhkəmə müəyyən edib ki, İrina Urbax 2023-cü il fevralın 6-da mənzillərdən birinin sahibinə yaxınlaşaraq özünü “Mejregionqaz Servis” MMC-nin nəzarətçisi kimi təqdim edib və saxta vəsiqə göstərib. O, mənzilin çevik qaz təchizatının dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Razılıq alan Urbax özünü təşkilatın mexaniki kimi təqdim edən Yevgeni Kavunu dəvət edib və o, birləşmələrin sıxlığını yoxlamadan çevik şlanqı əvəz edib. Bu səbəbdən fevralın 9-da qaz sızması və partlayış baş verib.

“Məhkəmənin hökmü ilə Kavun 10 il 3 ay, Urbax isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar ümumi rejimli islah koloniyasında cəza çəkəcəklər”, - deyə nəzarət şöbəsindən bildirilib.

Ölümlə nəticələnən partlayışı törədən şəxslərə qarşı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən işlərin görülməsi və xidmətlərin göstərilməsi” və “Başqalarının əmlakını külli miqdarda məhv etmə və zədələmə” maddələri ilə ittiham irəli sürülüb.

Evin partlaması və uçması nəticəsində 15 nəfərin öldüyü, daha 11 nəfərin yaralandığı dəqiqləşib. Bundan əlavə, 360 milyon rubldan artıq əmlak məhv edilib və zədələnib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN