Ukrayna Silahlı Qüvvələrinin (USQ) 3 əsgəri Luqansk Xalq Respublikasının Kremennaya yaxınlığında Kremenski meşəsi ərazilərindən birinin atəşə tutulması zamanı minaatan lüləsində 120 mm-lik minanın partlaması nəticəsində həlak olub.
Tezadlar.az bildirir ki, hərbi ekspert Andrey Maroçkonun TASS-a verdiyi məlumata görə, ukraynalı əsgərlər ölən həmkarlarını təxliyə etməyə cəhd etməyiblər.
“Dronovka kəndinin şimal-qərbində, Ukrayna silahlıları tərəfindən Kremen meşəsinin bir hissəsinin atəşə tutulması zamanı lülədə 120 mm-lik minaatan minasının partlaması hadisəsi qeydə alınıb. Partlayış nəticəsində iki yaraqlı aldığı xəsarətlərdən yerindəcə ölüb, digəri isə ağır yaralanıb və özbaşına təxliyyə etmək istəsə də, təxminən 50 m süründükdən sonra o da həyatını itirib”, - o deyib.
Maroçko qeyd edib ki, fövqəladə vəziyyət zamanı Ukrayna hərbçiləri təxminən bir saat ərzində ərazinin bu hissəsinə obyektiv nəzarət ediblər, lakin “Ukrayna silahlı qüvvələrinin əsgərlərindən heç biri həmkarlarına kömək etməyə və ya təxliyə tədbirləri həyata keçirməyə cəhd etməyib”.
E.ŞİRİNOV