Moskvanın Basmannı Məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun cinayət işi üzrə aparılan istintaq çərçivəsində iki köhnə avtomobilə həbs qoyub.

Tezadlar.az bildirir ki, TASS bu barədə İvanovun işinin materiallarına istinadən xəbər verir.

Müsadirə edilən avtomobillər arasında 1942-ci il istehsalı olan “Packard Super 8 Series 180” də var.

Agentliyin qeyd edib ki, bu model hələ 1939-cu ildə ABŞ-da hazırlanıb və rəsmi olaraq SSRİ-yə tədarük edilib. Daha sonra Sovet İttifaqında “Packard” bazasında “ZiS-110” istehsalı qurulub.

Məhkəmə sənədlərində əks olunan ikinci vintage avtomobil 1939-cu il istehsalı olan “Opel Admiral”dır.

Bundan başqa, məlumata görə, keçmiş məmura qarşı cinayət işi çərçivəsində 11 torpaq sahəsi də müsadirə edilib. Sənədlərə əsasən, onların bəziləri hüquqi şəxs kimi qeydiyyatdadır, bəziləri isə Moskva vilayətinin Rublevo-Uspenskoye şossesi ərazisində yerləşir.

Daha əvvəl bildirilmişdi ki, məhkəmə İvanovun işi üzrə 23 avtomobil və bir qayığa həbs qoyub. Bazar ertəsi məhkəmə eks-məmurun həbs müddətini daha üç ay uzadıb.

Qeyd edək ki, Timur İvanov 2024-cü il aprelin 23-də saxlanılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi - "Xüsusilə külli miqdarda rüşvət alma" ilə ittiham olunub. Ancaq İvanov günahını etiraf etmir.

49 yaşlı Timur İvanov 2016-cı ildən Rusiya Müdafiə Nazirliyinin rəis müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, ölkənin yanacaq-energetika kompleksinin müəssisələrində, Moskva vilayətinin hökumətində işləyib, həmçinin “Oboronstroy” ASC-yə rəhbərlik edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN