Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücü 42 yaşlı Fuad Məmmədovun narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib.

Tibbi müayinənin nəticəsində F.Məmmədovun narkotik vasitədən istifadə etməsi təsdiqini tapıb.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN