Rusiya Müdafiə Nazirliyi köməkçisi ilə birlikdə partladılan general-leytenant İqor Kirillova nekroloq həsr edib. Belə ki, onun tabeliyində olanlardan biri pandemiya zamanı Kirillovun radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının (RKBM) rəisi olanda tabeliyində olan bir institutun Covid-19-a qarşı peyvəndi necə hazırladığını xatırladı.
Tezadlar.az xəbər verir ki, məqalə “Krasnaya Zvezda” qəzetində dərc olunub.
Təqdim olunan materialda Kirillovun NATO ölkələrinin cinayətlərini necə ifşa etməsindən bəhs edilir. Məqalədə Kirillovun çətin işlərdən yayınmadığı, kənarda durmadığı və müxtəlif sahələrdə hər hansı bir çətinliyin öhdəsindən gəldiyi bildirilir.
Bundan əvvəl Federasiya Şurasının senatoru Vladimir Çijov Kirillovun Qərb xüsusi xidmət orqanlarının təxribatlarını məharətlə ifşa etdiyini qeyd edib.
Xatırladaq ki, dekabrın 17-də səhər saatlarında general-leytenant Kirillov və onun köməkçisi İlya Polikarpov Ryazanski prospektindəki evlərindən çıxarkən partladılıb.
Müstəntiqlər partlayıcının binanın girişində dayanmış elektrik skuterində gizlədildiyini güman ediblər.
E.ŞİRİNOV