Dekabrın 27-də Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları tam ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, dekabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.