Dekabrın 26-da Tovuz rayon məscidində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, QMİ-nin qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda dinin siyasiləşdirilməsinin, radikalizm və məzhəb ayrı-seçkiliyi meyillərinin milli birliyə və dini təhlükəsizliyə mənfi təsirlərindən danışılıb. Qeyd edilib ki, radikal dini cərəyanlara qarşı mübarizədə effektiv dini maarifləndirmə işi vacibdir. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edən natiq bu dəyərlərin qorunması və geniş təbliğ edilməsinin kənar təsirlərə qarşı mübarizədə əhəmiyyətli rol oynadığını bildirilib.
R.XUDATQIZI