Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya xidmətləri ilə bağlı  paytaxta gəlmədən Dövlət Miqrasiya Xidmətinin regionlarda fəaliyyət göstərən Şirvan, Şəki, Gəncə, Lənkəran, Xaçmaz, Ağsu, Yevlax  və Naxçıvan regional miqrasiya idarələri və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsi vasitəsilə elektron qaydada Xidmətə müraciət edə bilərlər.

Tezadlar.az xəbər verir ki, bununla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən xidmətlərlə bağlı daha ətraflı məlumat almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 3 dildə fəaliyyət göstərən (012) 919 Çağrı Mərkəzinə zəng edə, rəsmi internet səhifəsinin və MigAz mobil tətbiqinin onlayn bələdçi xidmətinə, “WhatsApp” əlaqə vasitəsinə və sosial şəbəkə hesablarına sorğu göndərə bilərlər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN