Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Tezadlar.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir. Onlar vəziyyətlərinə uyğun olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

***

Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran ərazisindən keçən hissəsində olub. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN