Ermənistan Müdafiə Nazirliyi 19 hərbçisinin itkin düşdüyünü bildirib...

Ermənistan noyabrın 16-da Azərbaycanla sərhəddə törətdikləri təxribat zamanı ölən hərbçilərinin adlarını açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, 2021-ci il noyabrın 16-da gedən döyüşlərdə 6 erməni hərbçi ölüb - baş leytenant Taron Saakyan, çavuş Merujan Arutyunyan, kiçik serjant Artur Martirosyan, həmçinin sıravi əsgərlər Qurgen Sarkisyan və David Amiryandır. Daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilir.

Həmçinin nazirlik  hərbçilərindən 13 nəfərin əsir, 19 nəfərin isə itkin düşdüyünü bildirib.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər isə yaralanıb. 

Lakin düşmən tərəfin təxribatı bununla da bitməyib.

Səhəri gün - noyabrın 17-si saat 17:54-dən 22:52-dək  Ermənistan silahlı qüvvələrinin bölmələri Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

 Yenidən noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Və silahlı qüvvələrimiz tərəfindən yenidən cavablarını alıblar.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə söyləyib ki, döyüşlərin yenidən başlaması ciddi narahatlıq doğursa da, Rusiyanın vasitəçiliyi sayəsində bunu dayandırmaq mümkün oldu.

“Rəsmi Moskva vasitəçilik səylərini davam etdirəcək. Məsələnin həlli yalnız Qarabağla bağlı ümumi razılaşmaları yerinə yetirməklə mümkündür”, - deyə o, vurğulayıb.

Bəli, nə qədər ki, Ermənistan tərəf  Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını yerinə yetirməkdən boyun qaçırır və Azərbaycan tərəfə “diş qıcadır”,  44 günlük müharibədəki “Dəmir yumruq”da hər zaman başlarının üstündə olacaq!

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN