Dövlətimiz bu gün meşələrin qorunması, meşə zolaqlarının sahəsinin genişləndirilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirir, milyonlarla vəsait sərf edir. Ancaq nə edəsən ki, meşələrimizi onları qorumalı olan vəzifə sahiblərinin özlərindən qorumaq lazım gəlir.

Bu gün bır çox regionlarımızda olduğu kimi, Masallı meşələrində də əsl ekoloji terror, yaşıl soyqırım yaşanır. Təbiətə tutulan bu amansız divan, gələcəkdə ekoloji böhrana səbəb ola biləcək bütün bunlar Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevin başçılığı altında həyata keçirilir. Bunu rayon sakinləri deyir.

Masallı rayonunun Güllütəpə kənd sakini Ağayev Mirzə Rüstəm oğlunun dövlət başçısına üvanladığı müraciətində deyilir:
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
​​"Hörmətli cənab Prezident!

Bildirirəm ki,​ Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev cənub meşələrini soyqırıma məruz qoyur. Masallı meşəbəyliyinin 24 saylı dolayındakı bir çox ərazidə meşə torpağı qazılaraq daşınır. A.İsmiyev dövriyyədə olan,​ amma faktiki​ olmayan əkinləri​ "var" kimi göstərib saxta statistikalar yazdırır. ​Olmayan əkinlərə hər ay dövlət büdcəsindən külli miqdarda vəsait xərclənir.

03.11.2021-ci il tarixdə 1 saylı Regional ETSİ-nin əməkdaşları şikayətimlə bağlı gəldilər və mən şikayətçi olduğumu bildirdim və onlarla birlikdə məsələnin araşdırılmasını istədim. Onlar isə mənə "Sən bizə​ izahat ver ki,​ şikayəti mən vermişəm və iştirakım olmadan məsələni siz özünüz araşdırın". Yəni, mənim iştirakım olmadan. Mən isə qanuna müvafiq şəkildə iştirakımla şikayətimin araşdırılmasını xahiş etdim. Amma onlar bundan imtina edib getdilər.

Görünür,​ 1 saylı RETS İdarəsinin əməkdaşları da Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyevin​ əməllərini ört-basdır etmək istəyirlər.

Bu isə bir vətəndaş kimi mənim konstitusion hüquqlarımın kobud surətdə, qəsdən pozulması deməkdir.

Xahiş edirəm, bu müraciətimlə bağlı tədbir görülməsinə göstəriş verəsiniz".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN