Xaçmazda bu şəxs axtarılır. Çünki 6 gün əvvəl anasını balta ilə qətlə yetirib.
DİN-dən verilən məlumatda bildirilir ki, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
O da qeyd olunub ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.
Xatırladaq ki, yanvarın 13-də Xaçmazın Əzizli kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanovaya oğlu tərəfindən balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Sultanova bir gün sonra xəstəxanada dünyasını dəyişib.
E.ŞİRİNOV