Martın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirmişdi.

Lakin Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.

UNİON-un məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi əməliyyatları barədə  bu gün səhər  saat 06:00-ya olan xülasəsində məlumat verib.

“Belarus Respublikasının silahlı qüvvələrinin Ukraynada müharibə aparmağa hazırlığı baxımından: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına əsasən, Belarus Respublikasının  silahlı qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - deyə  məlumatda bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Aleksey Danilov Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirmişdi. Onun sözlərinə görə, Alyaksandr Lukaşenka hələ də Belarus ordusunu döyüşə atmağa cəsarət etmir.

Dünən Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarusun hərbi rəhbərliyi Ukrayna ilə sərhədin mühafizəsini gücləndirmək üçün tədbirlər görməkdə davam edir.

Xatırladaq ki, ABŞ və Aİ ölkələri Rusiya ilə yanaşı, Belarusa da müxtəlif sanksiyalar tətbiq edib.

Bu dəqiqələrdə isə Ukrayna Və Rusiya nümayəndə heyətləri arasında 4-cü görüş keçirilir. 

Ümid edirik ki, bu dəhşətli və anlamsız müharibəyə tezliklə son veriləcək.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN