Məryəm Qarayeva: “Bu cinayət törədilibsə, deməli, onun törədilməsində oğlum Zamin Qarayevlə yanaşı, Ceyhun adlı polis əməkdaşı və icra məmuru Şərhriyar Şirinov da günahkardır”

Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən yüngül sənaye konstruksiyasında yaşayan Qarayeva Məryəm Nəbi qızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Surəti “Təzadlar” qəzeti redaksiyasına göndərilən müraciəti təqdim edirik:

- Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsindəki yüngül sənaye konstruksiyasında yaşayan Qarayeva Məryəm Nəbi qızı tərəfindən müraciət:

Çox hörmətli cənab Prezident!

Kəlbəcər rayonunun ilk qadın qazisi, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin üzvü, II qrup əlil və oğul həsrəti ilə bu dünyadan köçmək istəməyən bir ana Sizə müraciət edir.

Mən dövlətimizin müstəqilliyinin, suverenliyinin, xalqın və prezidetimin uğrunda bir ana olaraq  ailəmi qışın soyuq çağında, körpələrimi isti yeməyə, ana qayığısına ehtiyaclı və göz yaşı içində qoyub  həyatımı Vətənimin xidmətinə həsr etdim. Lakin təəssüflər olsun, etdiklərimin qarşılığında bəzi  dövlət məmurları öz şəxsi maraqları naminə məni  bu yaşımda oğul həsrəti çəkməyə vadar etdilər, iki qadın və üç uşağı himayəsində saxlayan oğlumu   Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlu külli miqdarda pulu oğlum Zamin Qarayevdən almasına baxmayaraq, bunu danıb yeganə oğlumun həbs olunmasına nail olub. Bu da azmış kimi, icra məmuru Şəhriyar Şirinov mənə məlum olmayan səbəblərə görə cinayət məsuliyyətinə cəlb edilməyərək məsuliyyətdən kənar qalmağa nail olmuşdur. Həmin pullar icra məmuru Şəhriyar Şirinovun təşəbbüsü ilə icra işləri üzrə məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş texnikaların vətəndaşlara satılması məqsədi ilə oğlum Zamin Qarayevin vasitəsilə vətəndaşlardan alınmışdır. Bu ədalətsizliyə və haqsızlığa son qoymaq üçün neçə aylardır Sizin, Mehriban xanımın və Respublika Baş Prokuroru Kamran Əliyevin qəbuluna düşmək üçün etdiyim cəhdlər baş tutmamışdır. Əksinə, düşünürəm ki, ilk qadın qazi olaraq bu müraciətimdən sonra Sizin qəbulunuza düşmək imkanım yaranacaqdır.

Ulu öndər və Ümummilli liderimiz Heydər Əliyev cənabları Azərbaycan adlı bir ailəni, dövləti  və xalqı Prezident olaraq Sizə əmanət etdi və sağlığında Heydər Əliyev cənabları deyirdi ki, dövlət iki şeydən sarsılır: “Günahkar cəzasız qalanda və günahsız cəza alanda”.

Ulu öndər Heydər Əliyev dövlətin sarsılması haqqında olan “Günahkar cəzasız qalanda və günahsız cəza alanda” ideyalarına Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Vəliyev Təqan Eldar oğlu və  Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlu heç bir əhəmiyyət verməyib oğlumu tək məsuliyyətə cəlb etmişlər. Əgər müstəntiq Təqan Vəliyev qanunlara hörmət etmiş olsaydı, Ceyhun adlı polis əməkdaşı və icra məmuru Şərhriyar Şirinov da oğlum Zamin Qarayevlə birlikdə  müttəhimlər kürsüsündə olmalı və onların da anaları mənim kimi göz yaşı, qəhər və acı içində boğulmalıdılar.

Əvvəlcədən deyim ki, bu cinayət törədilibsə, deməli, onun törədilməsində oğlum Zamin Qarayevlə yanaşı, Ceyhun adlı polis əməkdaşı və icra məmuru Şərhriyar Şirinov da günahkardır.

Cənab Prezident, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlunun oğlum Qarayev Zamin  Elburus oğluna qarşı etmiş olduğu qanunsuz hərəkətləri barədə oğlum və mən tərəfdən edilən şikayətlərə düşünürəm ki, Şəhriyar Şirinovun havadarlarının təsiri nəticəsində tam əksinə olaraq   baxılmadan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin  müstəntiqi, Vəliyev  Təqan Eldar oğlu tərəfindən ehtimallara əsaslanan, lakin həqiqət olmayan və tam təhrif olunmuş  məlumatalara əsasən, sadəcə, müstəntiqin  mülahizələrindən başqa bir şey olmayan qanunsuz və əsassız qərar qəbul edilib. Eləcə də müstəntiq tərəfindən qəsdən şişirdilmiş rəqəmlərlə oğlum Zamin Qarayevin vəziyyətinin ağırlaşdırımasına səbəb olan Azərbaycan Respublikası CM-nin  29,178.3.2, 178.3.2 və 32.4,312.2.-ci maddələləri ilə ittiham irəli sürülmüş, bizə məlum olamyan səbəblər üzündən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şirinov Şəhriyar Bədirxan oğlu və oğlum Şəhriyar Şirinovun dostu, keçmiş polis əməkdaşı Ceyhun adlı şəxs cinayət məsuliyyətindən kənarda saxlanılmışdır. Nədənsə müstəntiq işdə olan sübutlara əsaslanmayaraq gerçəkliyi üzə çıxarmaqdan çəkinərək yeganə oğlum Zamin Qarayevin   həbsinə nail olmuşdur. Bununla da müstəntiq Təqan Əliyev bu cinayətin bilavasitə iştirakçısı və təşəbbüskarı olan icra məmuru Şəhriyar Şirinovu və Ceyhun adlı polis əməkdaşını məsuliyyətdən kənar saxlamış və işdə olan maddi sübutlara qiymət vemədən Şəhriyar Şirinova və Ceyhun adlı polis əməkdaşına dəstək olmuşdur. Oğlum Zamin Qarayevin savadsızlığından istifadə edən müstəntiq Təqan Vəliyev icra məmuru Şəhriyar Şirinovla birləşib sonuncunun korrupsiya əməllərinə və özbaşınalıqlarına göz yumaraq göydə Allaha, yerdə Prezidentdən başqa heç kəsə güvənməyən bir ailənin faicəsinə hökm vermişlər.

Hörmətli Prezident, bir daha Sizdən xahiş edirəm, məni qəbul edəsiniz, yaxud Baş prokuror Kamran Əliyevin qəbuluna düşməkdə mənə köməklik göstərəsiniz.

Sizə ailəm adından öz dərin təşəkkürümü bildirirəm.

Dərin hörmətlə:

Qarayeva Məryəm Nəbi qızı,

Qarabağ qazisi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN