Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Xaçmaz, Siyəzən, Zaqatala, Oğuz və Samux rayonlarının ərazilərində aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə ağacların və meşə fonduna aid olmayan ağacların kəsilməsi faktları öz təsdiqini tapıb.

Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4 və 308.1-ci maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN