Xarkov Regional Yoluxucu Xəstəliklər Xəstəxanası şəhərin daim atəşə tutulmasına baxmayaraq, koronavirus xəstələrinin müalicəsini davam etdirir.

Xəstəxananın direktoru Pavel Nartov bildirib ki, xəstəxana koronavirusa qarşı dərmanlar var və bu dərmanlar hələ müharibə başlamazdan əvvəl alınıb yığılıb.

BBC-nin məlumatına görə, könüllülər də xəstəxanaya dərman gətirirlər, baxmayaraq ki, bu, xəstəxananın arzu etdiyi miqdarda deyil.

Baş həkimim sözlərinə görə, vəziyyət ağırdır, xəstəxanada pəncərələr tamamilə bağlı vəziyyətdədir.

Bildirilir ki, xəstəxananın dəhlizlərinə kimyəvi hücum zamanı istifadə etmək üçün qaz maskaları yığılıb, həmçinin zirzəmisində də bomba sığınacağı var.

Nartov qeyd edib ki, koronavirus xəstələrinin əksəriyyətinin oksigenə ehtiyacı var, buna görə də bombardman zamanı, xüsusilə ağır xəstələri sığınacağa endirmək olmaz.

"Xəstəliyi ağır olanlar yerlərində qalırlar. Onlar aşağı düşürülsələr, sadəcə öləcəklər" , - deyə həkim bildirib.

Bununla belə, minimal oksigen miqdarına ehtiyacı olan daha yüngül xəstələr və hərəkət edə bilənlər sığınacaqlara düşürlər.

Xatırladaq ki, bu gün Rusiyanın raket hücumları nəticəsində Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Xarkov Regional Dövlət İdarəçilik İnstitutunun binası dağılıb. Nəticədə 10-dan artıq insan yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN