Ermənilərin uzun tarix boyu arxası olmuş Rusiyanın Ukraynada başına gələnlərdən nəticə çıxarmaması təbiidir...

Çünki erməni xəstəliyi onların sağalmasına imkan vermir, müalicəsi mümkünsüzdür... Amma profilaktikası var. Bu işi isə Azərbaycan ordusu edir. Məsələn, bu gün martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

*** 

Sosial mediada isə ermənilərin bu gün Xankəndinin mərkəzində toplantı keçirdiyi barədə məlumatlar var. Toplantıda çıxış edən Araik Harutyunyan deyib ki,  "Bütün xalqı qurban verəcəyik, amma Artsax ermənilərin olacaq".

Maraqlıdır ki, YouTube-də bu videoya şərh yazan Elmira Baqdasarian adlı istifadəçi Arayik Arutyunyana cavab olaraq deyir: "İnsanlar, mən sizi başa düşürəm, amma nə etdiyinizi başa düşmürsünüz? Uşaqların və nəvələrin gələcəyi belə qurulmur. Bütün küskünlüyünü, qəzəbini onlara çatdıracaqsan, sənin arxanca gələcəklər, etdiklərinizi təkrar edəcəklər. Deyin görüm, belə davam etsəniz, yaxınlarınızdan kimsə sağ qalacaq? Bu xalqlar ümumiyyətlə qalacaqmı? Bəlkə bütün bunlar hamımızı məhv etmək üçün edilir? Bütün bunları eşitmək, görmək insanı ağrıdır. Övladlarınızın qayğısına qalın, onları göndərməyin... onlar bizim gələcəyimiz, ailəniz naminə yaşamalıdırlar. Bütün ehtiyatlılıq, sülh, xeyirxahlıq, bənzərsiz, heyrətamiz ailələrinizə sevgi ilə! Nə olursa olsun xoşbəxt yaşayın!".

 Belə məzmunlu şərhlər çoxdur. Amma bu sarsax Arutyunyan isə anlamır ki, Azərbaycan artıq 30 il əvvəlki deyil. Elə dünya da... Ukraynada baş verənləri diqqətlə izləmək lazımdır, işğalçılığın aqibəti nədir, orada yazılıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN