Rusiya itkilərini məhdudlaşdırmaq və müdafiə qüvvələrini ruhdan salmaq üçün şəhərləri havadan və artilleriyadan bombardman etməkdə davam edəcək.

Bu barədə “Evropeyskaya pravda”  Britaniya Müdafiə Nazirliyinin son kəşfiyyat icmalına əsasən məlumat yayıb.

 Qurumun iddiasına görə, Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaqda davam edir.

“Rusiya qoşunları genişmiqyaslı şəhər piyada əməliyyatlarında iştirak etmək istəmir, əksinə, müdafiə qüvvələrini ruhdan salmaq üçün hava və artilleriya bombardmanına arxalanmağa üstünlük verirlər”, - deyə bildirilib.

Xatırladaq ki, bu gün Ukraynada başladılan müharibənin 31-ci günüdür. İndiyədək Rusiya və Ukrayna nümayəndə heyətinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, bu “düyün” hələ də çözülə bilməyib.

Müharibə nəticəsində hər iki tərəf itki verib. Ukraynada mindən çox mülki insan həyatını itirib, bir çox şəhər və kəndlər xarabazarlığa çevrilib, ölkəyə milyardlarla dollar ziyan dəyib.

Bəziləri bu müharibənin 15 günə bitəcəyini düşünsə də, Ukrayna hələ də dözür və dirəniş göstərməkdə davam edir...

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN