Ukraynanın Çerniqov şəhərində strateji infrastruktur obyektlərinin vurulması və aktiv döyüş əməliyyatları səbəbindən elektrik enerjisi, istilik və su təchizatı yoxdur.

Bu barədə bazar günü Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında bildirib.

Onun sözlərinə görə, qazın verilməsi qismən həyata keçirilir, imkan daxilində bərpa işləri aparılır.

Son sutka ərzində vilayətdə 8 yanğın hadisəsi qeydə alınıb, onlardan 1-i Rusiya ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş verib. Ümumilikdə döyüş əməliyyatları başlayandan indiyədək 386 yanğın söndürülüb ki, onlardan 257-si açılan atəş nəticəsində baş verib. 10-u uşaq olmaqla 44 nəfər xilas edilib.

“Sutka ərzində Dövlət Fövqəladə Hallar Xidmətinin pirotexniklər qrupu partlamamış hərbi sursatları zərərsizləşdirmək üçün 6 dəfə əraziyə çıxıb. Müharibə başlayandan indiyədək ümumilikdə 115 partlama təhlükəsi olan əşya aşkar edilərək zərərsizləşdirilib”, - Çaus deyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN