Onunla Şəhid Mayor Ülvi Hüseynovun anım mərasimində tanış olmuşdum...

Bizi Qazi Ramin Şirinov tanış etmişdi. Sevinc xanım tədbirin aparıcısı idi, çıxış üçün mənə də söz verildi. Sonradan tez-tez xanımla Şəhid məclislərində görüşürdük. Bir dəfə çay süfrəsində söhbət etdik, yaxından tanış olduq. Özümə söz verdim ki, bu xanımı oxucularıma tanıtdıracam...

QISA TANIŞLIQ... Əliyeva Sevinc Qəhrəman qızı 1983-cü ildə iyunun 1-də Fizuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndind anadan olub. Müharibə başlayanda 9  yaşında olarkən ailəsiylə birlikdə qaçqın kimi Bakı şəhərinə köçüblər. Bakıda Binəqədi rayonunda 7-ci Mikrorayon ərazisində məskunlaşıblar. Ailədə 3 uşaqdılar. Onlar da orta təhsillərini Binəqədi rayonundakı Milli Qəhrəman Əsəd Ələsgərov adına 244 saylı orta məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra Baki Kompyuter Kollecini bitirib. Ailəlidir. 2016-cı ildə İran İslam vətəndaşı Talibi Navid Draxşanla ailə həyatı qurub. Bu izdivacdan 2 qız övladı var.

 Sevinclə ancaq Şəhid tədbirlərində görüşdüyümüzdən ətraflı söhbət edə bimirdik. Mən onu müsahib kimi dinləmək istəyirdim. Bu xanımın uşaqlıq xatirələri mənim üçün çox maraqlı id. Günlərin bir günü onu çalışdığım "Təzadlar" qəzetinin redaksiyasına dəvət elədim. Çox sağ olsun, dəvətimi qəbul edib gəldi. Səmimi söhbətimiz alındı, gözəl müsahib idi desəm, yanılmaram. İnsan başdan-ayağa qədər xatirədir- acı keçmiş, yurd həsrəti, işğal olunmuş uşaqlıq, qürbətdə keçən gənclik... Sevinci dinləmək maraqlı olduğu qədər də acıdır, ağırdır, insanı məhv edir. Hər kəlməsi, hər sözü insanı bu dqnyadan qoparıb bir anlıq xəyallarla Qarabağa, Sevincin doğma Yuxarı Əbdürrəhmanlı kəndinə aparır...

İllər keçib. Sevinc artıq 39 yaşındadır. Amma o illəri  çalışıb ki, xalqı üçün, milləti üçün xeyirli bir əməli olsun. Bir çox layihələrdə iştirak eidr, hətta özü də layihələr həyata keçirib. Deyir o illərdən çox zaman keçsə də, həyatımızda nə qədər xoş anlar osa da, Fizulidəki günlərimiz heç vaxt unudulmayıb. Bakıya köçən kimi atam ev aldı. Şəraitimiz nə qədər yaxşı osa da Bakıya çox çətinliklə alışdıq. Biz inanırdıq ki, qayıdacayıq Fizuliyə. Uşaqları harasa gəzməyə aparanda yadıma öz uşaqlığım düşür, öz kəndimizi xatırlayıram. Bir anlıq o günlərə qayıdıram. Tay-tuşlarım, sinif yoldaşlarım, məktəbimiz, evimiz, həyətimiz göz önümdə canlanır... Nə vaxtsa müharibənin olacağını, qalib gələcəyimizi bilirdik, amma 30 ildən sonra 44 günlük bir müharibədə qısa bir vaxtda qalıb gələcəyimiz ağlımıza gəlmirdi. Çünki bu muharibə gözlənilmədən başlandı...

***

 Bəli, gözlənilməz bir anda Ali Bsş Komandanımız İlham Əiyev DÖYÜŞ ƏMRİ verdi. Azərbaycan xalqı DƏMİR YUMRUQ kimi liderinin ətrafında birləşdi. Hər kəs bu ŞANLI VƏTƏN MÜHARİBƏSİndə əlbir oldu, bu qələbədə hamımızın zəhməti oldu desək yanılmaram. Çünki hər kəs əlindən gələni etdi. Su satan suyla kömək etdi, ərzaq mağazaları ərzaqla yardım etdi, cavan qızlar öz cehizlk yorğan-döşəklərini cəbbhəyə göndərdilər, məktəblilər SALAM, ƏSGƏR aksiyasına qoşulub əsgərə yazdığı qələbə ruhlu məktubu ilə ordumuza dəstək verdi. Xatırlatma üçün onu bildirim ki, Sabunçu rayonunda 123 saylı orta məəktəbdə SALAM ƏSGƏR aksiyasında əsgərə məktub yazan 1-ci sinif şagirdinin məktubu Qazimiz Ramin Şirinova çatır cəbhədə. Ramin də ğzünə söz verir ki, bu məktubu yazan uşağı tapacaq sağ qalsa. Və elə oldu ki, biz Qazinin arzusunu birgə həyata keçirdik, birlikdə gedib o şagirdi tapdıq. Əlbəttə ilk öncə biz bu qələbəni Şəhidlərimizə, Qazilərimizə, hərbiçilərimizə borcluyuq. Bu qələbəmiz nə qədər qürurverici olsa da minlərlə ata-ana oğulsuz, bacılar qardaşsız, körpələr atasız, gəlinlər başsız qaldı. O qədər körpələr var ki, atalarının üzünü görməyiblər, çoxları da atalarını 2-3 aylığında itiriblər..  Biz QAYİDAN TORPAQLARI QAYITMAYAN OĞULLARA borcluyuq... 

***

...Müharibə başlandığını eşidəndə deyir çox sevindik. Artıq Sevincin 1 yaşında qızı da var imiş. Yaxın ətrafında olan xeyirxah insanların köməkliyi ilə yardım toplayıb cəbhəyə çatdırır. Ərzaqla, yorğan-döşək, qeyri-ərzaq yardımı ilə dəfələrlə cəbhəyə yollanır. İlk səfəri doğma Fizulisinə olur. Hətta həyat yoldaşı Navid bəy də xanımına həm maddi, həm mənəvi dəstək göstərir. Bəzən gedərkən yanında 1 yaşlı körpəsini də aparırmış. Bu arada özü də hamilə olduğuu öyrənir. Öz həyatını və bətnindəki körpənin həyatını risk altına atıb cəbhəyə yardım paylamağa davam edir. Deyir dəfələrlə təhlükəli  anlar yaşadıq. Amma mən qorxmurdum. Daha da yardımlarımın əhatəsini genişləndiridim. Artıq ərzaqla yanaşı həm də səngərə lazım olan təkər, kisə, şpal da toplayıb aparırdım. Mən bu işi çox böyük həvəslə görürdüm. Çox şükür olsun həyat yoldaşım da mənə dəstək oldu. Çünki o da mənim yurd həsrətimi bilirdi. Ona görə mənə mane olmadı, daha da dəstək verdi.

Sevinc danışdıqca ürəyimdə fikirləşirəm ki, bir uşaq necə daşıyıb bu qədər çətinlikləri  ürəyində... Mən onun haqqında bu qədər də çox məlumata malik deyidim. Bir xanımın qəlbində nə qədər böyük Vətən sevgisi olmalıdır ki, 1 yaşındakı balaca uşağıyla və bətnindəki körpəsiylə  özünü müharibənin od-alovuna atsın...O, qəhrəmandır... Duyan üçün, ürəyndə analıq hissi olan üçün bu xanım qəhrəmandır.  Sevinclə 1 saatlıq söhbət elədik. Məncə bu qədər yazdığım yetər. Sadəcə sonunda demək istəyirəm ki, təşəkkür edirəm, gözəl xanım, qəhrəman qadın, fədakar ana... ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ...

 P.S. Mən Sevinc xanımı tanıdım. İstədim ki, suiz də tanııyın. Bəli, bir xalqə işğal etmək olar, amma xalq orduya çevrilərsə o xalqı məğlub etmək olmaz. Belə xanımlarımız da olub müharibədə... İndi görürsünüzmü doğrudan bu qələbədə hamımızın zəhməti olub. Əgər hamilə qadınlarımız bu ürəkdə olubsa...SÖZÜN BİTDİYİ YER...

 Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN