Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Vətən müharibəsi şəhidi İslamov Elvin Elçin oğlunun ailəsini ziyarət edib.

Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı mənzillə təmin olunub. Ailəyə sosial ödənişlər təyin edilib, şəhidin atasının məşğulluğuna dəstək göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, görüşdə tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid E.İslamovun həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Onun xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. A.Əliyev ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanılacağını vurğulayıb.

Qeyd edək ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan E.İslamov Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN