Ötən gün "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun qala divarında Rusiyanın Ukraynaya qarşı təcavüzünə dəstək rəmzi olan Z hərfi yazılıb. Polis onu yazan şəxsi müəyyən edərək saxlayıb.
O, Bakı sakini, 67 yaşlı Aleksandr Saprıkindir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A.Saprikinin saxlanması barədə məlumatı təsdiqləyiblər.
Nazirlikdən qeyd ediblər ki, faktla bağlı inzibati icraat çərçivəsində araşdırma aparılır.
Qeyd edək ki, "İçərişəhər" YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi abidədir.
Azərbaycan qanunvericiliyində vandalizm aktına görə təkcə inzibati yox, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.