“Sberbank”ın Tümendəki bölməsinə basqın edən şəxs saxlanılıb, girovlar isə azad olunub.
“RİA Novosti” xəbər verir ki, bu barədə bankdan bildiriblər.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Rusiyanın Tümen şəhərində naməlum şəxslər “Sberbank”ın yerli bölməsinə basqın edib.
Məlumatı “RİA Novosti” yayıb.
Basqınçılar 3 nəfəri girov götürüb.
İlkin məlumata görə, “Sberbank”ın Tümendəki bölməsi beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə ələ keçirilib. Girov götürülənlər bankın əməkdaşlarıdır.