Ukraynada  23,4 milyon ton erkən taxıl məhsulu yığılıb.

Məhsul əkin sahələrinin 55%-də - 6,1 milyon hektardan biçilib.

 Bu barədə Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, artıq fermerlər 17,4 milyon ton buğda,  5,3 milyon ton arpa, 243,7 min ton noxud, 7,7 min ton darı biçiblər.

Son məlumatlara görə, buğdanın 91 faizi, arpanın 96 faizi, noxudun isə 97 faizi yığılıb.

Xatırladaq ki, Ukrayna taxıl ixracatçısıdır. Dünyanın bir çox ölkələrinə müxtəlif dənli bitkilər, həmçinin bitki yağları ixrac edir.

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkənin 40%-dək əkinə yararlı torpaqlarında kənd təsərrüfatı məhsulları əkilə bilməyib. Halbuki bu məhsullar bir çox ölkələrə ixrac oluna bilərdi.

…Bütün dünyada isə ərzaq böhranı yaşanır. Müharibə isə bu böhranı daha da tətiklədi…

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN