Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdiri

TEZADLAR.AZ xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.Bahəddin küçəsi 22 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar” ASC-yə məxsus ticarət mərkəzində planlı yoxlama keçirilib. Yoxlama zamanı ticarət mərkəzində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş kolbasa məmulatları, mənşəyi məlum olmayan turşu məhsulları və kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkar olunub. Faktlarla bağlı müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, yararlılıq müddəti bitmiş və mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınaraq məhv edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN