Bu gün - yanvarın 24-də ticarətin başlanğıcında Avropada təbii qazın qiyməti kəskin şəkildə on faiz ucuzlaşıb. London ICE birjasının məlumatına görə, Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə fevral fyuçersləri min kubmetr üçün 660 dollara çatıb.
Məlumata görə, qiymətlər min kubmetr üçün 683 dollar təşkil edib. Dinamikaya gələn həftə üçün hava proqnozunun daha yüksək temperatura doğru dəyişməsi təsir edib.
Həmçinin bu ərəfədə ABŞ-ın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) zavodlarından birinin Freeport LNG-nin təmirinin başa çatması barədə də məlum olub.
Bir gün əvvəl havaların soyuması qorxusu, həmçinin Norveçdən tədarükün məhdudlaşdırılması, texnoloji işlərlə bağlı olan qazın qiyməti min kubmetr üçün 750 dolları ötüb. Bununla belə, anbarların yüksək doluluq dərəcəsi (78 faiz) qiymətin ötənilki səviyyələrə çatmasına mane olur.
Qazla bağlı narahatlıqların azalması fonunda avropalı rəsmilər və analitiklər avrozonanın ÜDM-in dinamikası ilə bağlı proqnozlarını dəyişirlər. Son proqnozlar göstərir ki, Avropa 2023-cü ildə tənəzzüldən qaça biləcək.
E.ŞİRİNOV