İnsanların bir çoxunu maraqlandıran suallardan biri də tibb müəssisələrinə edilən ödəniş zamanı geri qaytarılan ƏDV-nin faizi ilə bağlıdır. Bəs Vergi Məcəlləsində edilmiş son dəyişiklik vətəndaşlara hansı hüquqları verir?

Vergi mütəxəssisi İlqar Əsədov məsələ ilə bağlı xatırladıb ki, ötən ilin əvvəlindən müəssisələrinin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV məbləğinin nağd ödənişlər zamanı 10%-nin, nağdsız ödənişlər zamanı 15%-nin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə təsbit olunmuşdur, lakin  son dəyişikliklərə əsasən, nağdsız qaydada ödənilmiş ƏDV məbləğinin 17,5%-i geri qaytarılır. O, vətəndaşların diqqətinə çatdırıb ki, 2022-ci ildə "Nağdsız hesablaşmalar haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin dəyəri 500 manatdan artıq olduqda ödəniş nağdsız edilməlidir.
“Cərrahiyyə əməliyyatlarının tibbi xidmətlərə aid olduğunu, habelə formalaşmış qiymətlərə əsasən belə xidmətin dəyərinin, adətən 500 manatdan artıq olduğunu nəzərə alsaq, hazırkı hüquqi şərtlərə əsasən, belə xidmətlər üçün nağdsız ödənilmiş ƏDV-nin 17,5%-nin geri qaytarılması mümkündür”,- deyə  mütəxəssis açıqlayıb.

Mütəxəssisin də açıqlamasından göründüyü kimi, tibb müəssisəsinə hər hansı əməliyyat üçün edilmiş ödəniş nağdsız qaydada aparılarsa (500 manatdan yuxarı olanlar – nağdsız edilməlidir), bu zaman ƏDV faizi daha yüksək hesablanacaq – 17,5%. Ona görə də hər bir vətəndaş müəssisədən asılı olmayaraq, ödənişlərin nağdsız qaydada aparılmasında maraqlı olmalı və kassa çekini tələb etməlidir.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN