Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 185 təşkilatda (nəzarət obyektləri) yoxlamalar aparıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
Belə ki, DMNX-nin apardığı yoxlamalar nəticəsində məlum olub ki, ümumilikdə 225.710,4 min manat məbləğində artıq və əsassız ödənişlər edilib. Qeyd edilir ki, bu məbləğin 35.142,2 min manatlıq hissəsi təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Nazirliyin məlumatı əsasında apardığımız hesablamaya görə, əsassız ödəmələr edilən (225.710,4 min manatın 35.142,2 min manatı büdcəyə qaytarılıb) 190.568,2 min manat isə hələlik dövlət büdcəsinə qaytarılmayıb. Yəqin ki, Dövlət Maliyyə Nəzarəti Xidməti ortada "yoxa çıxan" həmin məbləğin tapılaraq büdcəyə qaytarılması üçün əlaqədar qurumlara müraciət ediblər.
"Yox çıxan" həmin pullar təqsirkar şəxslərdən alınaraq dövlət büdcəsinə qaytarılmalıdır ki, gələcəkdə heç bir təşkilat əsassız ödəmələrə getməsin.
Y.MƏMMƏDLİ