booked.net booked.net  

Hərbi- siyasi qarşıdurmalara baxmayaraq 2023-cü ilin may ayında Gürcüstana xaricdən həyata keçirilən pul köçürmələrində Rusiya öncül yeri tutur...

Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinə istinadla bildirir ki, ölkəyə edilən köçürmələrin həcmi 384 milyon 900 min ABŞ dolları (975 milyon, 400 min lari) təşkil edib. Ölkənin Milli Bankın yayımladığı rəqəmlərdən də görünür ki, qeydə alınan göstəricilər ötən ilin may ayının analoji göstəriciləri ilə müqayisədə 23,9% (120,8 milyon ABŞ dolları) azdır.

Xaricdən Gürcüstana pul köçürmələrinin əksəriyyəti (97,6%-i) 25 ölkənin payına düşüb. Sözügedən ölkələrdən Gürcüstan edilən pul köçürmələri ən azı 1 milyon ABŞ dolları təşkil edib. May ayında Gürcüstana ən çox pul köçürmələrinin baş tutudğu TOP 10 ölkənin statistikası aşağıdakı kimidir:

●Rusiya - 154 milyon 720 min dollar;

●İtaliya - 44 milyon 170 min dollar;

●ABŞ - 38 milyon 300 min dollar;

●Yunanıstan - 21 milyon 290 min dollar;

●Qazaxıstan - 20 milyon 20 min dollar;

●Almaniya - 19 milyon 770 min dollar;

●İsrail - 18 milyon 100 min dollar;

●Türkiyə - 14 milyon 670 min dollar;

●İspaniya - 5 milyon 440 min dollar;

●Fransa - 4 milyon 620 min dollar.
Sinda: təkcə aprel ayında Gürcüstana xaricdən pul köçürmələri 369 milyon 700 min dollar təşkil edib.

Maraqlıdır ki, Rusiya 2008-ci ildən Gürcüstanla hərbi münaqişədədir, ölkə ərazisini iki istiqamətdən işğal edib, amma indiki halda bu ölkəyə ən çox pul köçürülən ölkə olaraq qalır. Ekspertlər bunu həm də Ukraynadakı müharibə ilə əlaqələndirirlər. Deməli, ruslar hələ də Gürcüstanı ən sabit maliyyə ölkəsi kimi qəbul edir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN