Oktyabrın 2-də “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən TEZADLAR.AZ-a verilən məlumata görə, layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Plenar iclasda millət vəkilləri ilə yanaşı, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli də iştirak edib.

Hökmran mövqenin müəyyən edilməsi, təbii inhisar subyektləri üzərində rəqabət nəzarətinin həyata keçirilməsi, Məcəllədə nəzərdə tutulan məsuliyyət tədbirlərinin preventiv-çəkindirici funksiyası, Rəqabət Komissiyasının yaradılması, say tərkibi və fəaliyyətinin təşkili məsələləri plenar iclasda geniş müzakirə edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN