Bu gün MM-də Hacıqabul gölünün bərpası məsələsi yenidən gündəmə gətirilib.

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deputatların diqqətinə çatdırıb ki, Hacıqabul gölünün bərpası ekosistemimizə böyük töhfə ola bilər.

“Gölün quruması artıq on illərlə davam edir. Ərazidə yaranan xoşagəlməz vəziyyətin Şirvan şəhərinin və Hacıqabul rayonunun, o cümlədən ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə təsiri isə danılmazdır. Məlumat üçün deyim ki, Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı məsələ Milli məclisin müvafiq Komitəsinin iş planına daxil edilib. Hacıqabul gölünə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli nümayəndələrinin iştirakı ilə Hacıqabul gölü ətrafında monitorinqlər keçirilmiş gölün su ilə doldurulması mümkün olan hissəsi müəyyən edilmiş, araşdırılan işlərin nəticəsi isə çox ümidverici olub”, - deyə trend Sadiq Qurbanovdan sitat gətirib.

***

Xatırladaq ki, Hacıqabul gölü uzun illərdir ki, baxımsızlıqdan, insanların ona cəllad kimi münasibət göstərməsindən quruyub, qurudulub. Bu barədə dəfələrlə KİV-də jurnalistlər həyəcan təbili çalıblar. Bu gölün də yada salınması istənilib...

Qeyd edək ki, hələ 2019-cu ildə Hacıqabul gölünün qurumasının dayandırılacağı, gölün bərpası prosesinə başlanılacağı deyilmişdi.

O zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bəyan etmişdi ki, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir. Bunun icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq.

Onun sözlərinə görə, su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, gölün bərpası prosesi başlanacaq, gölə ayrıca qol çəkiləcəkdi.

Lakin görünən odur ki, göl o vaxtdan bəri yenə də quruyub. Məsələ o zaman həllini tapmayıb.

İndi isə Hacıqabul gölünün adı qalıb, özü isə 20-dən artıq balıq, sahilində 50-dən artıq quş növü (10-u qırmızı kitaba düşən), həmçinin flaminqoları ilə yox olub... Yaxınlqıdakı Hacıqabul şəhəri isə vaxtilə buradan əsəsn sərin küləkdən məhrum olub. Çox təəssüf... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN