Yaponiya Ukraynadakı müharibəyə görə Qərbin anti-Rusiya sanksiyaları çərçivəsində Rusiyaya əlavə 164 kateqoriya üzrə malın ixracına qadağa qoyub.

TEZADLAR.AZ xəbər verir ki, barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Qadağa, o cümlədən avtomobil mühərriklərinə, litium-ion və nikel-metalhidrid akkumulyatorlara, qaz və neft kəmərləri üçün borulara, nitroselüloz, üzən kranlar və doklara, üzən və sualtı qazma - hasilat platformalarına, yaxtalara, gəzinti və idman gəmilərinə, kayaklar,a kanolara, yanğınsöndürən qayıqlar üçün yağın tədarükünə də şamil edilir.

Sanksiya siyahısına qeyri-üzvi kimyəvi maddələr, həmçinin hidrogen xlorid və alüminium hidroksid, renium və onun emal tullantıları, bəzi adi metal məmulatları, əl elektrik alətləri, şlifləmə aparatları, ağac, sərt rezin və plastik emalı üçün maşınlar daxildir.

Bundan əlavə, mikrotomlar və termostatlar da daxil olmaqla, müəyyən növ optik və ölçü avadanlığı da məhdudiyyətlərə məruz qalır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN