Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Bu isə 2022-ci illə müqayisədə 1.4 kiloqram çoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən il ölkədə adambaşına 16.9 kq mal əti, 9.2 kq qoyun və keçi əti, 1 kq donuz əti, 16.4 kq quş əti istehlak edilib.

Beləliklə, Azərbaycanda ayda adambaşına 2.3 kq mal və qoyun əti, 1.4 kq isə quş əti yeyilib.

Hesabat dövründə 258.8 kq süd və süd məhsulları, 189 ədəd yumurta, 8 kq isə balıq əti istehlak edilib.

Bu dövrdə Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3%, süd məhsulları üzrə 84%, yumura üzrə 102.2%, balıq və balıq məhsulları üzrə isə 75.4% olub.

Bəs əslində insan il ərzində nə qədər ət və ət məhsulları istehlak etməlidir?

 Qeyd edək ki, ekspertlər dünyada adambaşına illik ət istehlakı normasının 76 kiloqram olduğunu bildirirlər. Həmçinin dünyada adambaşına illik balıq istehlakının 21 kilo təşkil etdiyi, əksər ölkələrdə isə illik olaraq 24 kiloqram quş əti istehlak edildiyi qeyd edilir.

Fərq göz önündədir! Demək ki, adambaşına ət istehlakına görə dünya ilə müqayisədə biz hələ də geri qalırıq...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN